İran-Azərbaycan Respublikası həmkarlıqlarının bir hissəsi, iki qonşu ölkənin əlaqə yollarının bərpası və inşasıdır və İran bu sahədə səy göstərir.
Arannews ;Hikmət Hacıyev deyib ki, azad olunmuş Dağlıq Qarabağ bölgələrində abadlıq, tikinti və bərpa işləri çərçivəsində bu ölkənin İranla olan əlaqə yollarının bərpası ön planda durur.
Azərbaycan Respublikasının bu rəsmisi Bakıda yerləşən xarici diplomatik korpusların nümayəndələrinin azad olunmuş Zəngilan və Qubadlıda olmaları zamanı onların qarşısında Azərbaycan Respublikası ilə İran arasındakı əlaqə yollarının Ermənistanın işğalçılığı dövründə dağılmasına işarə ilə bildirib ki, İran ilə Azərbaycan Respublikası arasında səmimi qonşuluq münasibətləri mövcuddur.
Belə bir halda, İran ilə Azərbaycan Respublikası arasındakı dəmiryolu xəttinin iki ölkənin sərhəd bölgələrindəki məhdud hissəsinin yaxın gələcəkdə təkmilləşdirilməsilə Tehran-Bakı ticarət mübadilələri həcminin qarşıdakı illərdə nəzərəçarpacaq artımın şahidi olacağı gözlənilir.