Azərbaycan Respublikası prezidentinin köməkçisi Ermənistanın işğalından azad edilmiş Qarabağ bölgəsinin bərpa işlərinin yaxın gələcəkdə başlanacağından xəbər verib.
Arannews :Hikmət Hacıyev bildirib ki, Qarabağ bölgəsinin azad edilmiş şəhərləri modern şəhərsalma üsullarına uyğun şəkildə bərpa olunacaqlar.
Azərbaycan Respublikası prezidentinin köməkçisi sonra deyib: Azad olunmuş rayonların son Qarabağ savaşından qalmış minalardan təmizlənməsi Azərbaycan Respublikası hökumətinin digər mühüm tədbirlərindəndir.
Azərbaycan Respublikası, Rusiya və Ermənistanın dövlət başçıları arasında üçtərəfli atəşkəs bəyanatının imzalanmasından və Qarabağ bölgəsində müharibənin bitməsindən sonra azad edilmiş bölgələrdə beş hərbçi və doqquz mülki minaya düşərək, həyatını itirib.