Tarix : 2021 Feb 13
Kod 60900

Rusiya XİN azərbaycanlı məcburi köçkünlərin azad olunan ərazilərə qayıtması prosesini şərh edib

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr bəyanatının 7-ci bəndinə əsasən, qaçqınlar Dağlıq Qarabağ və ətraf ərazilərə BMT-nin qaçqınlar üzrə ali komissarının himayəsində qayıtmalıdırlar”.

Arannews :bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, müharibə ilə əlaqədar evlərini tərk etmiş ermənilər hazırda fəal şəkildə geri qayıdırlar.

“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 7-ci bəndi öz əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb

  • Yazılıb
  • da (də) 2021 Feb 13
  • Göndərən جهان کمالی