Tarix : 2021 Feb 13
Kod 60901

“ÜÇ AY” - Mənəvi İslahat ayları

“Üç ay” dedikdə qəməri aylardan olan Rəcəb, şaban və Ramazan ayları nəzərdə tutulur.

Dünyanın bir çox ölkəsində müsəlmanlar qeyd olunan aylarda daha çox oruc tutur, Allaha daha çox yaxınlaşmağa, Uca Yaradana daha çox ibadət etməyə səy göstərirlər.
Arannews :Tarixə və peyğəmbərimizin (s) hədislərinə nəzər saldığımız zaman bu ayların digərlərindən daha üstün və fəzilətli olduğu məlum olur. Belə ki, “üç ayın” ilki olan Rəcəb ayı hələ İslam gəlməmişdən əvvəl ərəblərin “haram aylar” kimi qəbul etdiyi dörd ayın dördüncüsü idi. “Haram aylar” ifadəsindəki “haram” kəlməsi “hörmət” və “ehtirama layiq olmaq” mənasını daşıyır. Bu dörd ayın hörmətinə xüsusilə müharibədən uzaq durulması qədimdən bəri məlum dini hökm idi və ərəblər İbrahim peyğəmbərin (ə) dövründən bəri bu qaydaya riayət edirdilər.
Rəcəb ayı
Rəcəb ay hicri-qəməri ayla-rının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay İlahi rəhmətin yağan ayıdır. Bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər.
Bu elə bir aydır ki, Allahın lütf və inayəti bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur.
əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) rəcəb ayı barədə buyurub: Rəcəb ayı mənim ümmətim üçün “istiğfar və tövbə ayıdır”. Başqa bir hədisdə isə belə buyurub: «Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allah-Taalanın razılığını qazanar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar». Başqa bir hissədə də, təkidlə bildirilir ki, rəcəb ayının 3 gününü oruc tutan bəndəyə behişt vacib olar.
İbni Babiveyh mötəbər sənədlə Salimdən rəvayət etmişdir: «Rəcəb ayının axırına bir neçə gün qalmış İmam Sadiq (ə)-ın hüzuruna getdim. O Həzrətin (ə) mübarək gözləri mənə sataşan kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox, yəbnə Rəsuləllah. Həzrət (ə) buyurdu: O qədər savab əlindən çıxıb ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Taala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəmmi? Buyurdu: Ey Salim! bu ayın axırında bir gün oruc tutan şəxsi Allah-Taala ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırından iki gün oruc tutan şəxs siratdan asanlıqla keçər. üç gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar».
Rəcəb ayının əməlləri
1. Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
2. Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər. Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
İmam Museyi Kazim (ə)-dan belə rəvayət edilər: “Kim rəcəb ayında bir gün oruc tutsa, cəhənnəm atəşi bir illik məsafədə ondan uzaqlaşar. Kim üç gün oruc tutsa, cənnət ona vacib olar.”
3. Sədəqə vermək, - Həzrət əli (ə) belə buyurub: «Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah-Taala onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib».
4. Rəcəb ayında məsumların(ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti var.
5. Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.
Həzrət Rəsulullahdan (s) nəql edilir: “Hər kim rəcəb ayında 100 dəfə söyləyə: ”əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar”. Bu ayda çox deyilməsi tövsiyə olunan zikrlərdən biri «əstəğfirullahə və əsəluhut-təubə»-dir.
Gündəlik deyilən başqa bir zikr: Min dəfə “əstəğfirullahə zəl-cəlali vəl-ikarmi min cəmiz-zunubi vəl-asam” demək. şeyx Səduq rəvayət edir ki, əgər bir şəxs rəcəb ayında bu zikri min dəfə deyərsə, Allah-təala buyurar: əgər bağışlamasam sizin Allahınız deyiləm.
6. Bu ayda oruc tuta bilməyənlər üçün zikr
Qısaca rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savablar nəql edilmişdir. (Bəzi üzrlərdən) rəcəb ayının orucunu tuta bilməyən şəxslər, hər gün yüz dəfə bu zikri söyləsə rəcəb ayının orucunun savabını (qismən də olsa) əldə etmiş olar:
“Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun.”
RƏCƏB AYININ DUASI
Namazlardan sonra oxunan dua:
Seyid İbni Tavus, (r.ə) Məhəmməd İbni Zəhvandan (r.ə) belə nəql edir: “İmam Cəfər Sadiq (ə)-a “Canım sənə fəda olsun, Rəcəb ayına daxil olub, Allahın məni faydalandıracağı bir duanı mənə öyrətməyinizi istəyirəm”.
İmam (ə) yaz deyə buyurdu:
Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yutil kəsirə bil qəlil, ya mən yuti mən sələh. Ya mən yuti mən ləm yəsəlh, və mən ləm yərifhu təhənnunən minhu və rəhməh, ətini biməsələti iyyak, cəmiə xəyrid dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyak, cəmiə şərrid dunya və şərril axirəh, fəinnəhu ğəyrumənqusin ma ətəyt, və zidni min fəzlikə ya kərim.
Sağ əlin işarə barmağını yellətməyə başlayaranq bu duanı oxu:
Ya zəl cəlali vəl ikram, ya zənnəmai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.
Rəcəb ayının ən mühüm hadisələri:
1-rəcəb 57-ci hicrət ili: İmam Məhəmməd Baqirin (ə) mübarək mövludu.
3-rəcəb 254-cü hicrət ili: İmam əli əl-Nəqi Hadinin(ə) şəhadəti
10-rəcəb 159-cu hicri qəməri ili: İmam Məhəmmədtəqi “Cavadüləimmə”(ə)-ın mübarək mövludu.
13-rəcəb hicrətdən 23 il qabaq: İmam əlinin(ə) mübarək mövludu.
15-rəcəb 62-ci hicrət ili: Hz. Zeynəbin (s) vəfatı
25-rəcəb 183-cü hicrət ili: Hz. İmam Musa Kazimin (ə) şəhadəti.
27-rəcəb 13 il hicrətdən əvvəl: Hz. Məhəmməd Müstafanın (s) peyğəmbərliyə məbus olması.
Şaban ayı
Mübarək üç aydan ikincisi şaban ayıdır. Bu ay qəməri ayların səkkizincisi olub Rəsulullahın (s) Ramazan ayından sonra ən çox oruc tutduğu aydır.
ŞƏBAN AYININ ƏMƏLLƏRİ
1. Hər gün yetmiş dəfə de: “əstəğfirullahə və əs’əluhut taubə”. (Allahdan bagışlanmaq istəyirəm və ona tərəf qayıdıram). Hədisdə deyilir ki, kim şəban ayında yetmiş dəfə Allahdan bağışlanmaq istəsə Allah onun günahlarını bağışlayar.
2. Hər gün yetmiş dəfə de: “əstəğfirullahəlləzi la ilahə illa huvər rəhmanur rəhim əlhəyyul qəyyum və ətubu ileyh”. (Rəhman, Rəhim, Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram). Bəzi rəvayətlərdə bu zikr “əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum ərrəhmanur rəhim və ətubu ileyh” kimi də deyilmişdir. Hər ikisinə əməl etmək daha yaxşıdır. Rəvayətlərdə deyilir ki bu ayın ən yaxşı dua və zikrləri Allahdan bağışlanmaq istəməkdir. Bu ayda hər gün yetmiş dəfə bağışlanmaq istəyən kimsə başqa aylarda yetmiş min dəfə bağışlanmaq istəyən şəxs kimidir.
3. Bu bir ay ərzində min dəfə de: “La ilahə illallah və la nə’budu illa iyyahu muxlisinə ləhud dinə və lau kərihəl muşrikun”. (Allahdan başqa tanrı yoxdur, müşrüklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək ona ibadət edirik). Peyğəmbərdən (s) bu zikr üçün çox savab və fəzilət deyilmişdir, onlardan biri budur ki, onun əməl dəftərinə min ilin ibadəti yazılar.
4. Bu ayın hər dördüncü günü iki rikət namaz qılınır, hər iki rikətdə Fatihədən sonra yüz dəfə İxlas surəsi oxunur. Namazdan sonra yüz dəfə salavat deyilir. Allah-təala belə bir namazı qılanın din və dünya barəsindəki hacətini ona əta edər. Bu gün oruc tutmağın da böyük fəziləti vardır. Rəvayətdir ki, şəban ayının hər cümə axşamı günü (hər dördüncü günü) səmalar bəzənər. Mələklər deyərlər: “İlahi bu gündə oruc tutanları bağışla və onların duasını qəbul et”.
5. Peyğəmbərdən (s.) rəvaətdir ki, şəban ayının bazar-ertəsi və cümə-axşamı günü oruc tutanın Allah iyirmi dünya hacətini və iyirmi axirət hacətini yerinə yetirər.
6. Bu ayda çox salavat deyilməlidir.
ŞƏBAN AYININ DUASI
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.Şəcərətin nubuvvə, və məvziir risalə, və muxtələfil məlaikə, və mədinil ilmi, və əhli beytil vəhyi. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl fulkil cariə fil lucəcil ğamirə yəmənu mən rəkibəha və yəğrəqu mən tərəkəha əl mutəqəddimu ləhum mariqun vəl mutəəxxiru ənhum zahiqun vəllazimu ləhum la hiqun. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əlkəhfil həsin vəl ğiyasil muztərril mustəkin və məlcəil haribin və ismətil mutəsimin. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Səlatən kəsirətən təkunu ləhum rizən və li həqqi Muhəmmədin və ali Muhəmməd ədaən və qəzaən bi həvli minkə və quvvətin ya rəbbəl almin.Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd əttəyyibinəl əbraril əxyaril ləzinə əvcəbətə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəmur qəlbi bi taətikə və la tuxzini bi məsiyətikə vərzuqni bi muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlikə və nəşərtə ələyyə min ədlikə və əhyəytəni təhtə zillikə. Və haza şəhru nəbiyyikə səyyidi rusulikə şəbanal ləzi həfəftəhu minkə birrəhməti vərrizvanil ləzi kanə rəsulul lahi səllallahu ələyhi və alihi yədəbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamihi buxuən ləkə fi ikramihi və izamihi ila məhəlli himamihi. Əllahummə fə əinna ələl istinani bi sunnətihi fihi və nəyliş şəfaəti lədəyhi. Əllahummə vəcəlhu li şəfiən muşəffəən və təriqən iləykə məhyəən vəcəlni ləhu muttəbiən hətta əlqakə yəuməl qiyaməti ənni raziyən və ən zunubi ğaziyən qəd əvcəbtə li minkər rəhmətə vər rizvanə və ənzəltəni darəl qərari və məhəlləl əxyari.
Şaban ayının ən mühüm hadisələri:
Şaban ayının 3-də, hicri 3-cü ildə - İmam Hüseynin (ə) mübarək mövludu günüdür.
Şaban ayının 4-də, hicri 24-cü ildə - Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu günüdür.
Şaban ayının 5-də, hicri 38-cü ildə - Aşura həqiqətlərini dünyaya çatdıran, öz şücaətilə hətta zalım müstəbidləri də çaşqınlığa salan İmam Səccadın (ə) mübarək mövludu günüdür.
Şaban ayının 11-i hicri 33-cü ildə - Kərbəla qəhrəmanı, öz şücaətilə düşməni lərzəyə gətirən, İmam Hüseynin (ə) böyük oğlu - Həzrət Əli Əkbərin mübarək mövludu günüdür.
Şaban ayının 15-də, hicri 255-ci ildə - mübarək zühuru ilə dünyanı zülmdən qurtaracaq, haqq-ədalətlə dolduracaq 12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) əziz mövludu günüdür.
Nəticə olaraq demək lazımdır ki, biz müsəlmanlar bu üç ayı fürsət bilməli və yerinə yetirəcəyimiz nafilə ibadət və gözəl əməllərlə Allaha daha da yaxınlaşmalıyıq. Fikrimizcə, namaz və orucdan əlavə dərindən düşünərək, nə üçün yaradıldığımızı fikirləşərək, əməllərimizə fikir verməli, xeyir iş görmək üçün yarışmalı, əxlaqi keyfiyyətlərimizin kamilləşməsinə çalışmalıyıq.
Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidov

 
  • Yazılıb
  • da (də) 2021 Feb 13
  • Göndərən جهان کمالی