Tarix : 2021 Feb 14
Kod 60903

Erməni KİV: Azərbaycan rəsmisi Araiklə görüşüb

Azərbaycan nümayəndəsinin qondarma "DQR" başçısı ilə görüşü barədə məlumat yayılıb.

Arannews :qondarma qurumun prezidenti Arayik Arutyunyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru polkovnik Armen Abazyan və Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov ilə birlikdə Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb.
Qondarma qurum prezidentinin mətbuat katibi Lusine Avanesyanın verdiyi məlumata görə, görüş sülhməramlıların nəzarətində olan ərazidə baş tutub. Məhkumların qaytarılması, itkin düşmüş şəxslərin axtarışı və digər humanitar məsələlər müzakirə edilib. Bundan əlavə 90-cı illərin müharibəsi zamanı itən insanların taleyi ilə bağlı məsələlər də müzakirə edilibdir.
Rəsmi Bakı dövlət rəsmisinin Arutyunyan ilə görüşməsi xəbərini hələlik nə təsdiq edir nə də təkzib. Zira separatçı lideri tanımaq istəmir və onun haqqında cinayət işi də açılıbdır. 
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan əsirliyində olan 228 erməni barədə sorğular yer alır.
Bu arada Ermənistan məhkumların Azərbaycanla mübadiləsində “hamının hamıya” prinsipini tətbiq etməyə razı olsa da, əvvəlki Azərbaycan əsirlərini qaytarmaq istəmir. 
Ümumilikdə 10 fevral tarixindən etibarən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 69 Ermənistan vətəndaşı və 16 azərbaycanlı vətəninə qaytarılıb.

  • Yazılıb
  • da (də) 2021 Feb 14
  • Göndərən جهان کمالی