Azərbaycanda son sutkada koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Arannews:Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib, aktiv xəstə sayı 2 303 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, ötən müddət ərzində isə ümumilikdə 2 495 198 test aparılıb.