İranın Naxçıvandakı baş konsulu Seyid Abbas Hüseyni ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev arasında görüş keçirilib
Arannews :Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər arasında sərhəd əməkdaşlığının və qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də malların tranziti məsələsi müzakirə olunub.
İranlı konsul mehriban qonşuluğa, xüsusən də malların tranzitinin qarşılıqlı təsirlərinə toxunub və İran İslam Respublikasının Azərbaycan Respublikasının sərhədlərinin bərpasından məmnun olduğunu və bu məsələnin ikitərəfli əməkdaşlığın artırılmasında təsirli ola biləcəyini bildirib.
N.Tağıyev də İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında mövqeyini yüksək qiymətləndirib və bunu İranın dostluq və mehriban qonşuluq, habelə beynəlxalq hüquqa hörmət göstərməsinin əlaməti kimi dəyərləndirib