Arannews :xəbər verir ki, Laçın rayonunun Güləbird kəndinə səfər edən Prezident bildirib ki, məqsəd orada inşa edilmiş su elektrik stansiyasının açılışıdır.
"Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq. Digər elektrik stansiyaları da tikiləcək. Bütün azad edilmiş torpaqlarda su, günəş, külək enerjisindən istifadə edəcəyik", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, səfərdən görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva özünün İnstaqram səhifəsində paylaşıb.