Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Gürcüstanda səfərdədir.
Arannews -APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət naziri “Twitter”də bildirib.
“Gürcüstana ilk səfərimi etməkdən və Böyük Britaniya ilə Gürcüstan arasında dinamik tərəfdaşlıq əlaqələrindən məmnunluq duyuram”, - deyə V. Morton qeyd edib.
Nazir iki ölkənin yaxın müttəfiq olduğunu və əlaqələrinin gücləndiyini də vurğulayıb.