Tarix : 2021 Feb 17
Kod 60918

Daha 106 cəsəd Ermənistana təhvil verildi

Qarabağdakı hərbi əməliyyatlarda məhv edilmiş daha 106 erməni hərbçinin cəsədinin qalıqları aşkarlanıb.

Arannews-Modern.az xəbər verir ki, bu barədə "Sputnk Armeniya" məlumat yayıb.
Bildirilib ki, əldə edilən razılaşmalara əsasən, Rusiya sülhməramlı  kontingentinin vasitəçiliyi ilə Azərbaycan tərəfi bu gün qarşı tərəfə 44 günlük müharibədə məhv edilmiş 106 cəsədin qalıqlarını təhvil verib.
Qeyd olunub ki, ölənlərin cəsədlərinin axtarışı davam edir.
Bundan əlavə, bildirilib ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün səy göstərirlər.
Qeyd edək ki, müharibənin başa çatmasından sonra döyüş bölgəsində 1379 erməni hərbçinin cəsədi aşkar edilib.

  • Yazılıb
  • da (də) 2021 Feb 17
  • Göndərən جهان کمالی