Təbrizdə Şah rejiminə qarşı baş vermiş 29 Bəhmən-17 Fevral qiyamının ildönümü qeyd olunur.
Arannews :Təbriz əhalisinin mənfur Pəhləvi rejiminə qarşı tarixi qiyamı İslam İnqilabının qələbəsində böyük rolu oynamışdır.17 fevral qiyam İslam İnqilabı tarixində birinci silsilə halqa idi ki, onu 1978-ci il yanvarın 9-da Qum əhalisinin ardıcıl qiyamlarına bağlayırdı. O zaman Pəhləvi rejimi tərəfindən Qumda törədilən faciənin 40-cı günündə İranın hər bir yerində əhali özünü bu mərasimi keçirməyə hazırladı . Təbriz şəhərində isə əhali Qızıllı məscidində bir araya gələrək rejimə qarşı kəskin etirazını nümayiş etdirdi. Onun ardınca Təbriz əhalisinin böyük qiyamı kulminasiya nöqtəsinə çataraq qarşıdurma baş Verdi. Beləliklə də Qum əhalisinin qanlı 9 yanvar qiyamının ardınca rejimin törətdiyi cinayətlərə digər bir cinayət əlavə olundu. Xalq qiyamında 13 təbrizli şəhid oldu, 125 nəfər isə yaralandı. O zaman Nəcəf-Əşrəfdə sürgündə olan İran islam İnqilabının banisi İmam Xomeyni Həzrətləri Təbriz əhalisinə yazılı müraciət edərək onlara qələbə müjdəsi verdi .Həzrət İmam Xomeyni (r.ə)-in müraciətində deyilirdi: “Təbriz əhalisinin dindar və şücaətli əhalisinə salam olsun. Təbrizin qeyrətli və gənc igidlərinə salam olsun. Pəhləvi rejiminin təhlükəli sülaləsinin qarşısında qiyam edib şaha ölüm şüarı verərək onun cəfəngiyyatına xitam verən Təbriz əhalisinə salam olsun. Mən hansı bir dillə hörmətli Təbriz əhalisinə və bu qiyamda müsibət görmüş ata-analara necə təsəlli verə bilərəm. Qum faciəsinin ağrıları hələ yaddaşımızdan silinməmiş Təbriz faciəsi baş verdi. Mən Azərbaycanın böyük əhalisinə qəti qələbə müjdə verirəm.”Əslində Təbrizin bu tarixi qiyamı sübuta yetirdi ki , Təbriz əhalisi və İranın azəri dillilərini Əhvazdakı ərəblər ya ölkənin kürd, fars , gilək və Mazandaran əhalisi ilə birləşdirən yeganə səda məhz müqəddəs İslam dinidir.Beləliklə də İslam İnqilabının qələbəsində xüsusi əhəmiyyətə malik olan 29 Bəhmən, 17 Fevral qiyamı İran xalqının dini xarakterli hərəkatında xüsusi çəkiyə malikdir. Bu tarixi hadisənin vəhdət-yaradıcı və İranda İslam hərəkatına təkan verən amil olması nəzərə alınaraq hər il 17 Fevral qiyamı milli səviyyədə qeyd olunur. Bununla əlaqədar bir neçə ildir ki, Şərqi Azərbaycan əhalisinin nümayəndələri İslam İnqilabının Böyük Rəhbəri Həzrəti Ayətullahül-Üzma Xameneinin qəbulunda olaraq o həzrətlə və inqilabın amalları ilə beyətini təzələyir, bundan sonra da İslam İnqilabının dəyərləri yolunda hər cür canfəşanlığa hazır olduğunu elan edirlər. Bu qiyam göstərdi ki, bir xalqın möhkəm iradəsi qarşısında heç bir maneə və böyük qüdrət dayana bilməz.