Tarix : 2021 Feb 18
Kod 60926

Leyla Abdullayeva Ermənistan XİN-in 10 noyabr bəyanatını şərh etməsinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.

Arannews -Az. R. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Ermənistan XİN 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı.
“Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əmin-amanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”, - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir.
  • Yazılıb
  • da (də) 2021 Feb 18
  • Göndərən جهان کمالی