usiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi barədə məşvərət ediblər.
Arannews : Kreml bir bəyanatda bildirib ki, Putin və Paşinyan noyabrın onunda Dağlıq Qarabağdakı savaşı dayandıran Moskva razılaşmasının icra cəhətlərini araşdırıblar.
Bu telefon söhbətində Putin və Paşinyan yerdə qalan bütün məhbusların dərhal azad edilmələrinin vacibliyi haqda razılığa gəliblər.
Ermənistan iddia edir ki, bu ölkənin azı yüz hərbçisi və mülkisi Azərbaycan Respublikasının əsirliyindədir.
Kremlin bəyanatında deyilir ki, Putin və Paşinyan həmçinin Rusiya və Ermənistanın həmkarlığı sahəsindəki bəzi məsələləri də nəzərdən keçiriblər.