Tarix : 2021 Feb 19
Kod 60930

Təbriz imam cüməsi: İmam cümələrin Qarabağ müharibəsində mövqei Ali Məqamlı Rəhbərdən örnək almaqla olmuşdur

Bu gün (çərşənbə) Təbriz əhalisinin 29 Bəhmən Qiyamı münasibətilə Ali Məqamlı Rəhbərlə görüşü olub. Görüş video-konfrans şəklində baş tutub.
AranNews – Redaksiyamızın “İRNA”-ya istinadla verdiyi xəbərə görə, Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə təmsilçisi və Təbrizin imam cüməsi deyib: “Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətləri imam cümələrinin prinsipial və möhkəm mövqei Ali Məqamlı Rəhbərin yolgöstərənliyi və göstərişləri əsasında idi.”
Bu gün (çərşənbə) Təbriz əhalisinin 29 Bəhmən Qiyamı münasibətilə Ali Məqamlı Rəhbərlə görüşü olub. Görüş video-konfrans şəklində baş tutub. Mərasimdə çıxış edən höccətül-islam vəl-müslimin Məhəmmədəli Ali Haşim deyib: “Qarabağ müharibəsində İranın xarici siyasətində son söz sahibi Ali Məqamlı Rəhbərin sözlərindən örnək almaqla Sizin adı çəkilən əyalətlərdəki nümayəndələriniz ölkənin mədəni diplomatiyasının əsgərləri kimi meydana çıxdılar və Sizin mövqeinizi açıqladılar. Bu məsələ ölkədə və Azərbaycan Respublikasında geniş əks-səda doğurdu.”
İmam cümə əlavə edib: “Mən müharibənin başa çatmasından dərhal sonra sərhəd zolağına baxış keçirdim və qeyrətli sərhədçilərin çiyinlərini öpdüm.”
Ali Haşim koronavirusla mübarizədə Azərbaycan xalqının uca himmətindən söz açıb, bu mübarizədə xalq birliyinin yaratdığı bənzərsiz qəhrəmanlıq potensiallarından danışaraq deyib: “Öz Vəliyyi-əmrinin sözlərindən milli və dini izzət medalı almış Azərbaycan xalqı müxtəlif mübarizələrdə ön keşikçi olması ilə tanınıb, mömincəsinə kömək hərəkatında da Rəhbərin dəvətinə ləbbeyk deyərək, SEPAH, ordu, polis, Aztəminatlı Ailələr Fondu, İmamın Fərmanlarının İcrası Qurumu və Müqavimət Cəbhəsinə Dəstək Qurumu ilə birlikdə sağlamlıq sahəsində lazım olan işlərdə iştirak etmişdir.”
İmam cümə əlavə edib: “Bu əsasla, Şərqi Azərbaycan fabrik və zavodları elm bazaları şirkətləri, dizinfeksiya və səhiyyə maddələri və maska hazırlayan mərkəzlərinin texnologiyasından istifadə etməklə öz istehsallarını maksimum səviyyəyə çatdırmışdır və mən dəfələrlə Sizin tərəfinizdən istehsal bölmələrinə təşəkkür etmişəm.”
Ali Haşim Azərbaycanda koronavirusun büruz etdiyi ilk günlərdən cihad qruplarının yaradıldığına işarə edərək deyib ki, bu qruplar məscidlərdə fəal addımlar atılması istiqamətində təşkil olunub, maska və dizinfeksiya maddələrinin təmini və paylanması, lazım olan məkanların dizinfeksiyası və aztəminatlı ailələrin izzətinin qorunması üçün onlara qida maddələri ilə yardım göstərilməsi kimi işləri həyata keçiriblər. Habelə, səhiyyə protokollarına tam riayət etməklə əzadarlıq mərasimlərinin keçirilməsi və möminlərin məhərrəm günlərindən optimal faydalanması üçün bir sıra işlər icra ediblər.
İmam cümə əlavə edib ki, mömincəsinə köməklər hərəkatında xalq səfərbərliyində məscidin mehvər olması bir daha bərpa olundu, əyalətin dini tələbələr və ruhanilərin dini işləri sahmana salmaqda hüzuru xalq övladlarının ruhaniyyət libasında səylərini cilvələndirdi.”
Höccətül-islam vəl-müslimin Ali Haşim daha sonra deyib: “Biz İnqilab Rəhbərinin davranışından öyrənmişik ki, ölkənin problemlərini kəndxudalara tapşırmaq naşükürlüyə səbəb olur. Bu prinsipə əsasən və əyalətdə istehsalın maneələrini aradan qaldırmaq üçün meydana daxil olduq, ixrac və idxaq sahəsini aktivləşdirməklə onu ökənin ən böyük emalatxanasına çevirdik, sanksiyaları təsirsizləşdirmək, ölkədə zəruri ehtiyac olan məhsulların təmin edilməsi istiqamətində addımlar atdıq.”
İmam cümə Aşura Ordusunun təşəbbüsü və elm adamlarının əməkdaşlığı ilə “Şəhid Hacı Qasim Süleymani Məktəbi Ensiklopediyası”na incə giriş külliyatının yazılmasını da xəbər verib.
Vəliyyi-fəqihin Şərqi Azərbaycanda təmsilçisi Azərbaycanın müxtəlif sahələrdə öndə getməsini əyalətin məsul şəxsləri arasında bənzərsiz koordinasiyanın, siyasi idarəçilk, millət vəkilləri, Rəhbərlik ekspertləri, məhkəmə və təhlükəsizlik orqanları, silahlı qüvvələr komandanlıqları arasında Azərbaycan xalqına daha layiqli xidmət göstərilməsi istiqamətində yaxşı münasibətlərin mövcudluğunun məhsulu adlandırıb.
Ali Haşim deyib: “Bir daha əhd-peyman bağlayırıq ki, qorxusuz qəhrəman Azərbaycan İslam İnqilabının qalması və sabitliyi üçün son nəfəsinədək dayanmışdır, İran və İslam mövcudluğu və namusunun, öz Vəliyyi-əmrinin keşiyində qalmaq üçün canını qan əhd-peymanı ilə itiləmişdir.”
Təbriz əhalisinin 29 Bəhmən Qiyamının ildönümü münasibətilə mərasim həzrət Ayətullah Xameneinin Şərqi Azərbaycan əhalisi ilə video-konfrans şəkilində görüşü ilə bu gün səhər saatlarında baş tutmuşdur.
Mərasim ölkə televiziyasından və khamenei.ir informasiya mərkəzi vasitəsilə canlı yayımlanmışdır.
Hər il 29 bəhmən 1356 şəmsi Təbriz əhalisinin qiyamı ildönümü münasibətilə Şərqi Azərbaycanın minlərlə sakini İmam Xomeyni hüseyniyyəsində Ali Məqamlı Rəhbərlə görüş keçirir. Bu il koronavirusla mübarizədə səhiyyə protokollarına riayət edilməsi səbəbindən görüş Şərqi Azərbaycan sakinlərinin Təbriz müsəllasına toplaşması və video-görüntü vasitəsilə həyata keçirildi.

 
  • Yazılıb
  • da (də) 2021 Feb 19
  • Göndərən جهان کمالی