Sabah Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşü təxirə salınıb.
Arannews-Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri baş nazir Giorgi Qaxariyanın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.
Gürcüstan hökuməti bu gün tam tərkibdə istefa verib.