Rusiya sülhməramlı kontingentinin minaların təmizlənməsi bölüyü Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsini partlayıcı maddələrdən təmizləyib.
Arannews- yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Rusiya istehkamçıları aralarında 122 mm-lik yüksək partlayıcı top mərmiləri və kumulyativ tank sursatı da daxil olmaqla, 400-ə yaxın partlayıcı maddəni zərərsizləşdiriblər.
Aşkar edilmiş partlayıcılar xüsusi təchiz olunmuş Ballıca poliqonunda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.
Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1361 tikili partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.