Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyasına dair yeni sənədlər Azərbaycan tərəfinə təqdim edilib.
BArannews : Bu barədə Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani parlamentin komitə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyası yeni tərkibdə görüşəcək və məsələ ilə əlaqədar detallı müzakirələr aparılacaq.
Zalkaliani qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramov ötən ilin sentyabrında Tbilisidə səfərdə olarkən məsələ ilə əlaqədar tərəflər arasında səmimi və strateji tərəfdaşlığa uyğun açıq söhbət baş tutub və məsələyə dair müsbət anlaşılma göstərilib.