Həsən Ruhani ölkəsinin, Azərbaycanla Ermənistan arasında Qarabağ böhranının həllinə, atəşkəsin davamiyyətinə, ixtilafların danışılqar yolu ilə həll edilməsinə dəstək verməyə və bu istiqamətdə kömək etməyə hazır olduğunu bildirib.
Arannews-SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon danışığında deyib.
Həsən Ruhani Qarabağda atəşkəsin bərqərar edilməsi məsələsinə toxunub və bildirib ki, İran, bundan sonra atəşkəsin davamiyyəti üçün, ixtilafların danışıqlar yolu ilə həlli üçün dəstək verməyə hazırdır.
O həmçinin bölgədə İranın, Azərbaycanın, Ermənistanın, Türkiyə və Rusiyanın qatılacağı altı tərəfli müştərək əməkdaşlıq formatını alqışladığını bildirib və deyib ki, bu format hamıya xeyir gətirə bilər.
Qeyd edək ki, Həsən Ruhani və president Rəcəb Təyyib Ərdoğan bu telefon təmasında qarşılıqlı əlaqələri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. İki prezident söhbətinin əsas hissəsini ABŞ-ın BMT qanunlarından kənar tətbiq etdiyi sanksiyalara həsr ediblər.