Ermənistan-Azərbaycan münaqişəsində dönüş anı 2018-ci ildə baş tutdu. Həmin vaxt Ermənistanda onun hakimiyyətinə təcavüz edə bilən hər kəsin boğazını kəsməyə hazır olan Serj Sərkisyan gözlənilmədən taxtını "beli çantalı X adama", yəni Nikol Paşinyana verdi.
Arannews: bu sözləri “Rossiyskiy interes” verlişinin qonağı olan Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov bildirib.
Qeyd edək ki, verilişin aparıcısı Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin köməkçisi Yevgeni Mixaylov olub.
"2018-ci ildə Sərkisyan artıq anlayırdı ki, gec-tez Qarabağ Azərbaycana qayıdacaq. Bunu o özü edə bilməzdi. Ona güclü bir plan və müqəvva lazım idi. Serj siyasətdən və ümumiyyətlə hər şeydən uzaq birisini tapa bildi. Əsas məqsəd - Paşinyan vasitəsi ilə Qarabağ klanını erməni xalqı qarşısında xilas etmək idi.
Plana əsasən, Serj birinci Qarabağ müharibəsinin qalibi rolunda qalacaq, Nikol isə hər şeyi uduzmuş luzer olacaqdı.
Lakin Sərkisyanın planları istədiyi kimi getmədi. Yeri gəlmişkən, Robert Köçəryan bu barədə dəfələrlə danışmışdır. O, Serj Sərkisyanın çox təhlükəli bir oyun apardığını bildirmişdi. Köçəryan haqlı idi.
Serj nəzərə almadı ki, Qərbin də Ermənistanda güclü, çoxillik açarları və texnologiyaları var. Sərkisyanın planına görə, Ermənistanın məğlubiyyətindən sonra Paşinyan asanlıqla hakimiyyətdən getməli, onun əvəzinə isə Qarabağ klanının nümayəndələri hakimiyyətə keçməli idi. Təbii ki, bunlar baş vermədi. Plan uğursuza duçar oldu. Hazırda bu, İrəvandakı siyasi oyunçuları narahat edir. Artıq indi belə bir fikir formalaşıb ki, Nikol Paşinyan hamını qane edir", - deyə azərbaycanlı tarixçisi bildirib.
Hüseynovun sözlərinə görə, məhz bu səbəbdən Ermənistanın müharibədə məğlub olmasında təkcə Paşinyanı günahlandırmaq düzgün deyil.