Tarix : 2021 Feb 25
Kod 60955

Paşinyan Ermənistanın Azərbaycana “İskəndər” raketi atdığını etiraf etdi

Qarabağ müharibəsində Ermənistan Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edib.
Arannews :Ermənistan mətbuatının fevralın 23-də verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan etiraf edib.
Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə niyə  “İskəndər” raketindən istifadə edilmədiyi, istifadə edilməyəcəkdisə,  bahalı silahın niyə alındığı ilə bağlı ittihamlarına Paşinyan cavab verib .
"1in.am" saytına müsahibə verən hazırkı hökumət başçısı etiraf edib ki, əslində, müharibədə “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb:
“Bu ittiham yəqin ki, mənə ünvanlanıb. Amma  zənnimcə, onlar  cavablarını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” raketi niyə partlamadı, yaxud onun niyə cəmi 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”, - deyə Paşinyan suala sualla cavab verib.
Nikol Paşinyanın komandası keçmiş prezidentlər Robert Koçaryanı və Serj Sarkisyanı hərb sahəsindəki korrupsiyada ittiham edir. Paşinyan tərəfdarlarının fikrincə, Ermənistan ordusunun son müharibədəki məğlubiyyətinin əsas səbəbi korrupsiya hallarına görə ordunun zəif düşməsidir.
  • Yazılıb
  • da (də) 2021 Feb 25
  • Göndərən جهان کمالی