Arannews- Rusiya KİV-nə istinadən xəbər verir ki, iclasda Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.
İclasda baş nazir Mixail Mişustin, güc strukturlarının rəhbərləri və s. şəxslər iştirak edib.
"Biz bu gün Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə edəcəyik. Bizim sülhməramlıların, FHN, sərhədçilərin fəaliyyətinə verilən qiyməti həmçinin, beynəlxalq təşkilatlarla, xarici partnyorlarımıza əməkdaşlığımızın vəziyyətini müzakirə edəcəyik".