İrəvanda parlament binası yaxınlığında Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyasında 10 minə yaxın müxalifətçi iştirak edir.
Arannews-RİA "Novosti"yə istinadən xəbər verir ki, etirazçılar Baqramyan prospektində toplanıb.
Prospektin ortasında müxalifət liderləri üçün səhnə qurulub. Paşinyanın istefası və prezidentin Baş Qərargah rəhbərinin istefası barədə baş nazirin qərarını imzalamaması tələbləri səsləndirilir.
Bölgəyə çox sayda hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilsə də, polis baş verənlərə müdaxilə etmir.
Onlar prospektə girişi bağlayıblar.