Baş nazir müavinləri səviyyəsində Dağlıq Qarabağ üzrə üçtərəfli (Rusiya, Azərbaycan, Ermənistan) işçi qrupunun yeni iclası martın 1-də video formatda keçiriləcək.
Arannews -interAz xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
"Tərəflər işçi qrupunun növbəti iclasının videokonfrans yolu ilə 1 mart 2021-ci il tarixində keçirilməsinə dair razılıq əldə ediblər", o bildirib.