Tarix : 2021 Mar 02
Kod 60976

Elmi Hövzələrin rəhbəri: Qarabağ İran üçün Fələstin qədər əhəmiyyətlidir

İranın Elmi Hövzələrinin rəhbəri Ayətullah Əlirza Ərafi Qarabağın azad edilməsinin daha dərin vəhdətə və qərbin yaratdığı terrorizmlə mübarizəyə zəminə yaradacağını bildirərək deyib: “Fələstin əraziləri bizim üçün müqəddəs olduğu qədər Qarabağ və təcavüzkarlar tərəfindən işğal olmuş digər ərazilər də bizim üçün əhəmiyyət daşıyır.”
AranNews –  saatlarında Qum şəhərinin İranın Elmi Hözvələri İdarəetmə Mərkəzində baş tutan “Beynəlxalq 17 Rəbiüləvvəl Qarabağ Konfransında çıxış edən Ayətullah Əlirza Ərafi konfransın keçirilməsi istiqamətində əməkdaşlıq edən təşkilatlara təşəkkür etməklə yanaşı deyib: “Qarabağ mövzusuna həssas yanaşan bütün siyasi və elmi şəxsiyyətlərə öz təşəkkürümü bildirirəm.”
Elmi Hövzələrin rəhbəri Beynəlxalq Qarabağ konfransının İslam təfəkkürünün mühüm bazalarından olaraq və İslam İnqilabının ideologiyasının əsasını qoyan şəhər kimi Qumda keçirilməsinin xüsusi anlamı olduğunu vurğularaq deyib: “Bu anlam odur ki, Qum əzəmətli hövzəsi, təqlid mərcələri, bizim böyük dini şəxsiyyətlərimiz İslam dünyasının önəmli məsələləri qarşısında mövqeə sahibdirlər, dini əndişə, siyasi fiqh, ilahi təlim, xalis İslam dialoqu mövqeindən, İmam Xomeyninin parlaq təfəkkürü və İslamın Ali Məqamlı Rəhbərinin hidayətçiliyindən qaynaqlanan müxtəlif məsələlərdə söz sahibidirlər və mövqe tuturlar, Qarabağ barədə də 17 Rəbiüləvvəl çıxışının ən üstün tezis olduğuna təkid edirlər.”
Elmi Hövzələrin rəhbəri çıxışının davamında deyib: “İslam İnqilabı diskursunda diqqətdə saxlanılan ilk məsələ odur ki, bu diskurs İslam ümməti hövzəsində çox əhatəli və sistemli bir tezisə malikdir və İslam ümməti dairəsində yaxınlaşmaya dəvətə, düşmən və təcavüzkarlar qarşısında isə müqavimətə əsaslanır.”
Ayətullah Ərafi İslam ümməti arasında yaxınlaşma və vəhdəti, zülmkarlar və zorakılar qarşısında mübarizəni İslam İnqilabını ən önəmli xüsusiyyətlərindən biri adlandıraraq deyib: “İslam İnqilabının məntiqi budur ki, dünyadakı reallıqları tanıyaq, İslamın yeni mədəniyyəti səmtinə hərəkət edək.
İslam İnqilabının sözü budur ki, İslam ümməti sonsuz resurslara sahibdir və bütün bu saysız-hesabsız mənbələri olan ümmət təcavüz və işğala məruz qalmamalıdır. İslam dünyası böyük bir düşüncə, mənəvi, mədəni və ictimai gücə çevrilmək üçün lazım olan hər bir şeyə sahibdir. ”
Elmi Hövzələrin rəhbəri İslam ümmətinin coğrafi mənbələrə, iqtisadi bazarlara və mədəni sərmayələrə malik olmasına da toxunaraq deyib ki, İslam dünyası bu qədər sərmayə ilə lazım olan iqtidara sahib olmalıdır və dünya dəyişimlərində mötəbər kürsüyə yiyələnməli, təsirli söz sahibi olmalıdır.
Qum şəhərinin imam cüməsi bir çoxlarının İslam İnqilabının böyük mesajını gizlətməyə səy etdiyini, lakin İslam İnqilabının çox ciddi və köklü tezisinin olduğunu vurğulayaraq deyib: “Bölgənin asılı dövlətlərinə sözümüz budur ki, öz asılılığınıza son qoyun, öz xalqlarınıza və böyük resurslarınıza diqqət yönəldin ki, bir-birimizin yanında dayanaraq, yeni güc, yeni sivilizasiya, yeni bilik və vahid siyasət yaradaq, beləliklə, lazımı birliyə nail olaq. Vurğulamaq lazımdır ki, bu məqsədin gerçəkləşməsi üçün İslam torpaqlarını işğal edənlər qarşısında dayanmaq zəruridir.”
Ayətullah Ərafi daha sonra deyib: “Fələstin məsələsində bizim müqavimətimiz İslam ümmətinin bütün məzhəbləri üçündür. Digər məsələlərdə və hadisələrdə də bu müqavimət və duruş İslam ümmətinin əzəmət və möhtəşəmliyinə nail olmaq üçündür. Biz soy, millət və məzhəbin fövqündə İslam ümməti üçün düşünürük.”
İnqilab Mədəniyyəti Ali Şurasının üzvü vurğulayıb ki, biz fiqhi və dini prinsipə əsasən, İslam torpaqlarına hörmətlə yanaşılmasına inanırıq, bu torpaqların işğal olunmasını qəbul etmirik, onların işğaldan azad edilməsi üçün müqavimət göstərməyi önəmli bilirik. Fələstin torpaqlarının müqəddəsliyinə inandığımız qədər Qarabağ və təcavüzkarlar tərəfindən işğal edilmiş digər ərazilər də bizim üçün əhəmiyyət daşıyır.
Təcavüzkarın məntiqli dialoqu qəbul etmədiyi vaxt qanuni müqavimətin düzgün  olduğunu bildirən Elmi Hövzələrin rəhbəri əlavə edib: “Bizim yəhudilərlə düşmənçiliyimiz yoxdur, lakin sionizm və Fəlstinin işğalı ilə barışmırıq, İslam torpaqlarını işğal edən hər bir kəsə, hər bir məsələyə qarşıyıq. Əgər təcavüzkarlar məntiqi qəbul etməsələr, qanuni müqaviməti düzgün sayırıq. Bu səbəbdən Suriya, İraq, Yəmən və Fələstində müqaviməti haqq bilirik və onlarla həmrəy olduğumuzu elan edirik.”

 
  • Yazılıb
  • da (də) 2021 Mar 02
  • Göndərən جهان کمالی