Tarix : 2021 Mar 02
Kod 60977

Nikzad: Qarabağ İslamın ayrılmaz parçasıdır-İran Qarabağın bərpası işlərinə kömək etməyə hazırdır

İslami Şura Məclisinin təmsilçisi: “Biz Qarabağın bərpa işlərinə çox köməklər edə bilərik. Çünki İran və Azərbaycanı bir bədəndə iki ruh bilirik.”
AranNews – İran və Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Əli Nikzad “Beynəlxalq 17 Rəbiüləvvəl Qarabağ Konfransında” deyib: “İzzət, hikmət və məsləhət İslam Respublikasının üç açar sözü və İslam İnqilabının dəyişməz prinsipidir.
Ötən 42 ildə İslam Respublikası müsəlmanların ən böyük sığınacaq yeri olmuşdur və Şərq blokunun dağılmasından sonra qonşu ölkələrə heç bir müdaxilə etmədən dəstək vermişdir”.
Ə. Nikzad əlavə edib ki, regionun bəzi ölkələrinin səhlənkarlığı və səhv anlaması, bəlkə də özünü satması bölgənin bəzi ərazilərinin işğal edilməsinə gəirib çıxarmışdır.
Millət vəkili deyib: “Bölgədə terrorçuların hüzuruna icazə vermək olmaz. Çünki bu məsələ hər bir ölkə üçün böyük ziyanlara səbəb olar və terrorçuların o ölkədə hüzuruna şərait yarada bilər.”
Bölgədə hər hansı müharibənin bölgəyə ziyan vurcağını vurğulayan Ə. Nikzad deyib: “Bölgənin sərhədlərinə, xüsusilə də İslam Respublikası sərhədlərinə yaxınlaşması qəbuledilməzdir. Qarabağı İslamın ayrılmaz bir parçası bilirik. Ona görə də İranın siyasəti reallıq, yaxşı qonşuluq və müdaxilə olmadan dəstək üzərindədir.”
Millət vəkili vurğulayıb: “Müsəlman qonşular dini və mədəni ortaqlıqlara sahib olduqları üçün böyük əhəmiyyət daşıyır. Bu arada Azərbaycanın xüsusi əhəmiyyət və yeri vardır.”
Ə. Nikzad bildirib: “Biz Qarabağın yenidən qurulmasında çox köməklər edə bilərik. Çünki İran və Azərbaycanın iki bədəndə bir ruh olduğuna inanırıq. İran yüksək texnologiya biliyi və mühəndislik qabiliyyətinə sahib oldğundan Azərbaycanda bərpa və yenidənqurma işləri apara bilər və bu ölkəyə texnologiya biliyi ötürə bilər.”

 
  • Yazılıb
  • da (də) 2021 Mar 02
  • Göndərən جهان کمالی