Tarix : 2021 Mar 04
Kod 60989

Azərbaycanda son Qarabağ müharibəsinin insan tələfatı barədə yeni siyahı açıqlandı

Azərbaycan Respublikasında ikinci Qarabağ müharibəsinin insan tələfatı barədə yeni siyahı açıqlanıb.

Arannews-bu məlumata əsasən, Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ikinci Qarabağ müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb. 
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

  • Yazılıb
  • da (də) 2021 Mar 04
  • Göndərən جهان کمالی