Tarix : 2021 Mar 05
Kod 60992

Həbsdə olan jurnalist aclıq aksiyasını dayandırıb

Xeberman.com" saytının rəhbəri Polad Aslanov 1 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasını dayandırıb.

Arannews-Bu barədə "Turan"a jurnalistin həyat yoldaşı Gülmira Aslanova məlumat verib.
Həyat yoldaşı Polad Aslanovla görüş ala bilmədiyini deyib: “Polad bu gün anasına zəng vurub aclıq aksiyasını dayandırdığını dedi. Mən 5 dəqiqə danışmaq istədim, mənə nə danışıq, nə də görüş verdilər”.
Onun sözlərinə görə, Ombudsman aparatı ilə əlaqə saxlayıb və onlar da aclıq aksiyasının dayandırılmasını təsdiq ediblər.
2019-cu il noyabrın 16-da "xeberman.com" saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub.
İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edib.
Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar.
2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxılmasına başlanıb.
İclasda o, prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

  • Yazılıb
  • da (də) 2021 Mar 05
  • Göndərən جهان کمالی