Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib: Azərbaycan Respublikası, Türkiyə və İran regionda naviqasiya layihələrinin icrasında ortaq mövqeyə malikdirlər.
Arannews :Əliyev EKO iqtisadi həmkarlıq təşkilatının 14-cü sammitindəki çıxışında Azərbaycan Respublikasının Qarabağda işğal edilmiş ərazilərinin azad olunmasına işarə ilə söyləyib:
Biz hazırda gələcəyin fikrindəyik və regionsda sülh və sabitliyin bərqərarı üçün bir çox ölkənin iştirakı ilə nəqliyyat layihələrinin icrası barədə müzakirələrə başlamışıq.
O, vurğulayıb ki, Azərbaycan Respublikası, Türkiyə və İran regionda naviqasiya layihələrinin icrasında ortaq mövqeyə malikdirlər.
Əliyev deyib: Əgər Ermənistan konstruktiv mövqe tutarsa, bu prosesdən bəhrələnə bilər.
Azərbaycan Respublikasının prezidenti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının digər bölgələri arasında birbaşa əlaqənin bərqərarına səbəb olacaq Qarabağda müharibənin bitməsindən sonra regionda yaranmış yeni nəqliyyat dəhlizinə işarə edərək, söyləyib: Bu dəhlizin işə salınması regionda nəqliyyat sahəsində yeni fürsətlər yaradacaq və biz EKO iqtisadi həmkarlıq təşkilatına üzv ölkələri bu dəhlizdən yararlanmağa çağırırıq.
Əliyev Azərbaycan Respublikasının regional dəhlizlərin, o sıradan şimal-cənub, şimal-qərb və şərq-qərb dəhlizlərinin inkişafındakı fəal iştirakını diqqətə çəkib və ölkəsini regionda etimadolunası naviqasiya mərkəzlərindən biri adlandırıb.
EKO iqtisadi əməkdaşlıq təşkilatının 14-cü zirvə görüşü «Koronavirussonrası dövrdə regional iqtisadi əməkdaşlıq» şüarı ilə dünən on üzv ölkənin dövlət başçılarının iştirakı ilə keçirilib.
Bu virtual iclasda İran, Pakistan, Əfqanıstan, Türkiyə, Azərbaycan Respublikası, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın dövlət başçıları iştirak ediblər. Konfrans 13-cü EKO sammitinin sədri kimi İslamabadın eh sahibliyi ilə keçirilb.
Konfrans öncəki iclasın dövri sədri kimi pakistanlı yüksək vəzifəli rəsminin çıxışı ilə başlanıb və Türkiyənin 14-cü sammitin sədri kimi seçilməsi və Rəcəb Tayyıb Ərdoğanın, həmçinin Hadi Soleymanpourun çıxışları ilə davam edib.
Ondan sonra da iclasın iş gündəmi qəbul edilmək üçün müzakirəyə çıxarılıb, üzv ölkələrin hər birinin prezidentləri, həmçinin İran prezidenti Həsən Ruhani çıxış ediblər.
İclasın sonunda üzv ölkələrin səfirlərinin və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Bakıda EKO araşdırma mərkəzinin nizamnaməsi imzalanıb