İmam Xomeyninin Qorbaçova məktubu SSRİ-nin dağılmasından 3 il öncə, 1989-cu ilin yanvar ayında yazıldı. Bu məktub o vaxt SSRİ-nin hasarında olan Qafqaz xomeyniçiləri üçün böyük müjdə sayılırdı. Onlar məktubu aparan iranlı heyəti qarşılayaraq “Xomeyniyə salam” şüarları verirdilər.
AranNews – Xomeyniçilər formalaşdıqdan sonra 70-80-cı illərdə davamlı olaraq İranda baş verən hadisələri diqqətlə izləyirlər. İslam İnqilabı şəhidləri üçün öz aralarında matəm mərasimi keçirirlər və İranın şəhərlərinə hücum edilən gecələr evlərinin işıqlarını söndürür, SSRİ-nin dəmir divarları arxasından iranlı mücahidlərə yardımlarını çatdırırlar.
SSRİ-nin son illərində Qorbaçovun aşkarlıq (qlasnost) və yenidənurma siyasəti gəldi. Aşkarlıq hakimiyyətin partiyadan şuraya nisbi ötürülməsi, yenidənqurma isə SSRİ tərkibindəki respublikaların bağlı iqtisadiyyatının azad bazarla tətbiqinin başlanğıcı idi.
Qorbaçov SSRİ-ni 1985-ci ildə təhvil aldı və 1991-ci ildə onu yerə vurdu. Qorbaçovun ölümə doğru gedən imperatorluğu diriltmək üçün göstərdiyi bütün səylər nəticəsiz qaldı. Alnında olan xəritəsi ilə dünya jurnalistlərinin atalar sözünə çevrilmiş Qorbaçov 25 sentyabr 1991-ci ildə istefa verdi və 1 yanvar 1992-ci ildə SSRİ-nin sonu elan edildi.
Şimal ayısı yerə yıxıldı və onun cənazəsindən 15 yeni ölkə meydana gələrək müstəqilliyini elan etdi: Rusiya, Belarus, Ukrayna, Moldova, Estoniya, Latviya, Litva, Gürcüstan, Azərbaycan, Ermənistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan.
SSRİ-nin dağılmasından 3 il əvvəl, 1989-cu ilin yanvar ayında İmam Xomeyninin Qorbaçova məktubu yazıldı. İmam məktubda Qorbaçovun üzünə yeni qapı açdı, lakin Qorbaçov bundan üz döndərdi. Bu məktub Qafqazın xomeyniçiləri üçün böyük müjdə idi. Onlar SSRİ-nin hasarında məktubu aparan iranlı heyəti qarşılayaraq “Xomeyniyə salam” şüarları verirdilər.
Mixail Sergeyeviç Qorbaçov siyasi xəritələrin üzərinə adı böyük hərflərlə yazılmış SSRİ-nin Kommunist Partiyasının rəyasət heyətinin sədri idi, lakin bu ad heç vaxt formalaşmadı və SSRİ milləti yaranmadı. Niyə? Çünki internasionalizmdən millət doğulmur. Amma SSRİ-nin formalaşa bilməməsinin səbəbi təkcə bu deyildi və digər bir təzad da ortada var idi. Siyasi Şərqin təbəqəsiz cəmiyyətində “fəhlə” deyil, “rus” yuxarı təbəqədə dayandı. SSRİ-də yalnız ruslar Politbüroya daxil ola bildilər. Digər xalqlardan təkcə bir neçə nəfər bura daxil ola bildi və onlardan biri də Heydər Əliyev idi.
İmamın məktubu Allah kəlamından ilham almış bir ildırım və maarifləndirici idi. Məktub Cavadi Amuli, Məhəmməd Cavad Laricani və Mərziyyə Dabbağ vasitəsilə Kremlə göndərildi.
“Cənab Qorbaçov!
Bunu yaxşı bilmək lazımdır ki, ölkənizin əsas problemi mülkiyyət, iqtisadiyyat və azadlıq problemi deyil. Əsas probleminiz Allaha inamınızın olmamasıdır. Qərbi də tənəzzül və çıxmaza sürükləyən əsas məqam məhz budur. Əsas probleminiz varlığı var edən, yaradan Allahla uzun müddətli və faydasız mübarizənizdir.”
Bu məktub yazılan və İmam Xomeyninin kommunizmin sümüklərinin sındığını xəbər verdiyi vaxt onun sözü siyasət elminin paradiqmik prinsipləri ilə uyğun gəlmirdi. 1989-cu ilin yanvar ayının ilk günündə üçüncü dünya ölkəsi və müharibədən təzə çıxmış bir məməkətin rəhbəri iki qütblü dünyanın Şərq imperatoruna nəsihət məktubu yazdı, onun və sələflərinin sonunun çatdığını xəbər verdi. Bildirdi ki, imperatorluq bütün dəbdəbə və əzəməti ilə artıq dağılmışdır, nəinki dağılmaq üzrədir. SSRİ bu məktubdan 3 il sonra dağıldı. Həm SSRİ, həm də Şərq bloku.
“Cənab Qorbaçov!
Artıq hamı başa düşmüşdür ki, bundan sonra kommunizmin yeri dünya siyasət muzeyidir. Çünki marksizm insanın heç bir probleminə həll tapa bilməyib. Çünki o materialist bir təlimdir və materializmlə bəşəriyyəti Qərbdə və Şərqdə pəncəsində əzən mənəvi problemlərə həll yolu tapıla bilməz.”
Sovet hökuməti bir inqilabla gəldi, inqilablarla getdi. Onun dağılması Kommunist Partiyası iqtidarının sonu oldu və onun hakimiyyəti bütün respublikalarda rəsmilikdən çıxdı. Yeni yaranmış siyasi bölümlərdə vəzifədə olanlar kommunistlər idilər və onlar demokratiya və kapitalizmə keçid üçün zəminə yaratmalı idilər. Yeni keçid dövrü və qabaqkı rus-kommunist hakimiyyətin təlimlərinin birləşməsindən yaranan “pseudo-diktatorluq” respublika adlanan bu siyasi bölümlərin çoxunda vücuda gəlmişdi.
Qorbaçov aşkarlıq və yenidənqurma siyasətlərini başladıqda artıq nə Kommunist Partiyasının mütləq hakimiyyəti üçün qanunilik qaldı, nə də SSRİ inancları sistemində kommunist normaları üçün yer qaldı. Ona görə də Qorbaçovun nəzərdə tutuduğu örtük prosesi SSRİ-dən bəzi vaqonları açmaq əvəzinə öz yükünü atdı və sonuncu dayanacaqda həmişəlik olaraq dayandı.
SSRİ yerə yıxılmaq üzrə ikən yeni dövrün xomeyniçiləri öz siyasi həyatlarına başladılar.
Mehdi Nalbəndi