Azərbaycan İslam Partiyası 1992-ci ildə Hacı Əlikram Əliyevin rəhbərliyi ilə islami tendensiyalarla siyasi fəaliyyətə başlamış tək partiyadır. Onun üzvləri daim Azərbaycan Respublikasında İslam mədəniyyətinin genişlənməsi və inkişafını istəmişdir.
AranNews - Azərbaycan İslam Partiyası 1992-ci ildə Hacı Əlikram Əliyevin rəhbərliyi ilə islami tendensiyalarla siyasi fəaliyyətə başlamış tək partiyadır.
İslam Partiyasının təsis edilməsi-Millətçi təmayüllərin rədd edilməsi və İslam mədəniyyətinin genişlənməsi
Azərbaycan İslam Partiyası islami tendensiyalarla siyasi fəaliyyətə başlamış tək partiyadır. Pariya 1992-ci ildə Hacı Əlikram Əliyevin rəhbərliyi ilə təsis olundu. Partiyanın rəhbərliyi Azərbaycan Respublikasında İslam hökumətinin qurulmasını istəyirdi, hər hansı millətçi tendensiyanı rədd edirdi, İslam mədəniyyətinin genişlənməsi və inkişafının ardınca idi. Sonrakı nəsillərdə də bu prinsipə təkid edir.
İslam Partiyasının başçıları üçün zindanlar
1996-cı ildə hökumət AİP-in fəaliyyətini dayandırdı və onun rəhbərlərinin hamısını həbs etdi. 2006-cı ildə partiyanın rəhbərliyi Hacı Əlikram Əliyevdən doktor Mövsüm Səmədova ötürüldü. Səmədov Azərbaycanda qız məktəblilərə qarşı hicab qadağasına etiraz etdiyi üçün 2010-cu ildə həbs edildi və zindana salındı.
Dövlətə xəyanət, partiya rəhbərlərinə qarşı irəli sürülən ittiham
Doktor Səmədovun həbsdə olduğu müddətdə onun vəzifəsini sədr müavini höccətül-islam İlham Əliyev icra edirdi. O da 2010-ci il 29 fevralda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən çağırıldı, 4 ay müvəqqəti həbsə məhkum olundu və Azərbaycanın cəza qanunlarının 274-cü maddəsinə əsasən dövlətə xəyanət, Azərbaycan əleyhinə olan təşkilatlara kömək və bu kimi cinayət ittihamları ilə mühakimə edilməsi qərara alındı.
Höccətül-islam İlham Əliyev hal-hazırda zindandadır və partiyanın rəhbərliyi onun müavini Akif Heydərlinin öhdəsinədir.
Pantürkizmin rədd edilməsi və Qarabağ münaqişəsinin həlli
İslamın dirçəldilməsi, müsəlmanlar arasında milli vəhdət mədəniyyəti, müstəqilliyin qorunmasına təlaş, ölkənin bütövlüyünün qorunması, məscidlərin artırılması, islami mədəni mərkəzlərin genişlənməsi, ölkədə İslam hökumətinin qurulması, pantürkizmin rədd edilməsi, Qarabağ münaqişəsinin, hətta hərbi yolla da olsa həlli, anti-amerika, anti-israil və anti-qərb təmayüllər AİP-in əsas mövqelərindən sayılır.
Partiyanın tanınmış şəxsiyyətləri kimi Hacı Əlikram Əliyev, höccətül-islam doktor Səmədov, şəhid Hacı Vaqif Abdullayev, sonra Akif Heydərli, höccətül-islam İlham Əliyev, xanım Növrəstə İbrahimova və Hacıağa Nurinin adlarını sadalamaq olar.
Hacı Əlikram Əliyevin şah əsəri
“Nəbz” qəzeti AİP-in qeyri-rəsmi orqanı sayılırdı və Qurban Cəbrayılın vasitəsilə idarə olunurdu. Onun partiyadan ayrılması ilə qəzetin nəşri də dayandı.
Xomeyniçilər hərəkatının təsisçisi və İslam Partiyasının ilk baş katibi kimi Hacı Əlikram Əliyevin şah əsərlərindən əvəzedici yetişdirməsi, partiya rəhbərliyini gənclərə ötürməkdə geniş qəlbə sahib olmağı öyrətməyi nümunə göstərmək olar.
Habelə, İslam Partiyası hərəkəti sonrakı illərdə yeni hərəkatların yaranmasına səbəb oldu və onlar hələ də Qafqazın siyasi səmasında fəaldırlar.
Zindan şiə islamçı hərəkatların gücünü göstərir
Azərbaycan Respublikasında AİP-dən tutmuş digər qurumlara qədər şiə islamçı hərəkat rəhbərlərinin hamısı zindanı təcrübə edirsə, bunun yalnız bir anlamı vardır və o da budur ki, xomeyniçilər siyasi səhnədə ciddi rəqib sayılır və xomeyniçilərin yeni nəsli bugün təkcə Azərbaycan və Qafqaz bölgəsində deyil, Qərbi Asiya və bütün İslam dünyasında fəaldır və rol ifa etməkdədir.
Mehdi Nalbəndi