Tarix : 2021 Mar 07
Kod 61003

Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçiri

Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında etiraz akiyası keçirir.

Arannews- erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyana dəstək xarakteri daşıyır.
İştirakçılar bütün keçmiş hərbçiləri və veteranları aksiyaya qoşulmağa çağırıb.
Xatırladaq ki, ötən həftə baş qərargah rəisi ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb etmişdi. Bu addımı dövlət çevrilişi kimi qiymətləndirən N.Paşinyan Onik Qasparyanı vəzifədən azad etmişdi. Lakin ölkə prezidenti Armen Sarkisyan bu günədək O.Qasparyanın istefasını təsdiqləməyib.

  • Yazılıb
  • da (də) 2021 Mar 07
  • Göndərən جهان کمالی