Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib.
Arannews :xəbər verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.
Şəhid əsgər bu gün - martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib (apa).
Allah rəhmət eləsin!