Arannews :iranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyyed Əhməd Hoseyni və Naxçıvanın ətraf mühit naziri Mayis Əliyev bir-birilə görüşərək, iki tərəf arasında ekoloji əməkdaşlıqların genişləndirilməsi haqda məşvərət ediblər.
Hoseyni və Mayis Əliyev bu görüşdə sərhəd əraziləri və müştərək irslərin qorunması vacibliyini vurğulayaraq, Araz çayının və ətraf mühitin qorunmasını istəyiblər.
İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu bu görüşdən sonra deyib: Bu görüşdə iki tərəf arasında Araz çayı ilə bağlı həmkarlıqlar, təbii mənbələr və ətraf mühit məsələləri araşdırılıb və iran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası arasında inşa edilməkdə olan su bəndləri və elektrik stansiyalarının tikintisi sahəsində münasibətlərin genişlənməkdə olan prosesi barədə söhbət edilibdir.
Naxçıvanın ətraf mühit və təbii sərvətlər naziri də Araz çayının su ehtiyatlarından istifadə ilə bağlı məsələlər barədə İranla münasib əməkdaşlıqlara işarə edərək, deyib: Xoşbəxtlikdən, bu sahədə İranla yaxşı həmkarlıqlara malikik və hər iki tərəfin ekspertləri bir-biriləri ilə əlaqədədirlər.
Mayis Əliyev sonra söyləyib: Bu görüşdə iki tərəf razılığa gəlibdir ki, Araz çayı suyunun azalmasının dəlilləri və çiklənmə problemləri barədə birgə həmkarlıqlar həyata keçirilmiş olsun.