Tarix : 2021 Mar 10
Kod 61018

Azəri ruhanilər İmam Rza(ə) hərəmində xüddamlığa maraq göstərirlər

Azərbaycan Respublikasının ruhaniləri İmam Rza(ə) hərəmində xüddamlığa maraq göstərirlər.

Arannew : xəbər verir, Azərbaycan Respublikası Cümə dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu və bu ölkənin tanınmış din xadimlərindən olan Şeyx Sərdar Hacı Həsənli Babayev üçün dünya şiələrinin səkkizinci imamı- Saminulhucəc Əli ibn Musa Əl-Rza(ə)-ın hərəminin xüddamlığı hökmü verilib.
Azərbaycan Respublikası Cümə dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu bildirib ki, o, və Şeyx Sərdar Hacı Həsənli Babayev Saminulhucəc Əli ibn Musa Əl-Rza(ə)-ın hərəminin xüddamlığı hökmünü ala bilibər.
Hacı İlqar İbrahimoğlu öz şəxsi səhifəsində bu barədə belə yazıb: İslam İnqilabının Böyük Rəhbəri Ayətullahuluzma Seyyed Əli Xameneinin ofisinin diqqəti nəticəsində bir ildən çox idi ki, Həzrət İmam Rza(ə)-ın xüddamlığı şərəfinə ömürlük nail olmaq bizə nəsib olmuşdu.
Xüddamlıq sənədi Həzrət İmam Rza(ə)-ın pak hərəmində, Astane Qodse Rəzəvi tərəfindən təqdim olunub.
Hacı İlqar İbrahimoğlu Allah-Taalanın dərgahına şükürlər edərək, Həzrət İmam Rza(ə)-ın Qiyamət günündə hamıya şəfaət verməsini diləyibdir.

  • Yazılıb
  • da (də) 2021 Mar 10
  • Göndərən جهان کمالی