Azərbaycanın Füzuli və Xocavənd rayonları ərazisində aparılan axtarış işləri nəticəsində daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Arannews -Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, cəsədləri tapılan hərbi qulluqçuların şəxsiyyəti müayinələr nəticəsində müəyyənləşdiriləcək.
Son məlumata görə, 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasından indiyə kimi Qarabağ ərazisində 1496 erməninin cəsədi tapılıb.