Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”dəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.
Arannews :Hikmət Hacıyev bu sözləri yazıb: “Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər.
Media orqanı və QHT-lərin rəhbərlərini, bloqerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.