Tarix : 2021 Mar 16
Kod 61035

İran yeni raket şəhərciyinin açılışını etdi

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Dəniz Qüvvələri tərəfindən qurulan yeni yeraltı raket şəhərciyinin təqdimatı keçirilib.

Arannews-Mehrnews-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami, dəniz qüvvələri tərəfindən qurulan yeni yeraltı raket şəhərciyinin açılış mərasimində iştirak edib.
General-mayor Hüseyin Səlamini İnqilab Keşikçiləri Ordususunun Dəniz Qüvvələrinin komandiri kontr-admiral Alirıza Tənqsiri müşayiət edib.
(15 mart) təqdim olunan raket şəhərciyi çoxlu sayda müdafiə sisteminə, müxtəlif mənzilli qanadlı və ballistik raketlərə malikdir.
İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin elektron müharibə avadanlığı sayəsində düşmən siqnallarını aşkar edə biləcəyi vurğulanıb.
Mərasimdə yeni sistem və avadanlıqların İnqilab Keşikçiləri Dəniz Qüvvələrini yeraltıdan həssas raketlər atmağa, dəniz minalarını müxtəlif məsafələrə atmağa, 360 dərəcə atəş açmağa, elektron müharibələrlə mübarizə aparmağa və əməliyyatlarda məsafəni və məhv etmə gücünü artırmağa qadir olduğu qeyd edilib.
Qeyd olunan bütün sistemlərin Müdafiə Nazirliyindəki iranlı mütəxəssislər, elmi əsaslı şirkətlər və İnqilab Keşikçilərinin tədqiqat mərkəzlərində istehsal olunduğu qeyd edilib.
Yeni təqdim olunan raket sistemlərindən birinin raket atıldıqdan sonra hədəfi dəyişdirə biləcəyi açıqlanıb.
Keçən il İnqilab Keşikçiləri Ordusu, İranın Fars körfəzi xətti boyunca inşa etdiyi yeraltı raket şəhərciklərinin düşmənlərin kabusu olacağını elan etmişdi

  • Yazılıb
  • da (də) 2021 Mar 16
  • Göndərən جهان کمالی