Tarix : 2021 Mar 16
Kod 61036

DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı açıqlama

Bloger Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb”.

Arannews-Bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, M.Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub: “Məlumatın yoxlanılması məqsədilə saxlanılan Mehman Hüseynovdan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır”.
Qeyd edək ki, ötən gün Abşeron rayonu ərazisində saxlanılan M.Hüseynov bir neçə saat sonra sərbəst buraxılıb.

  • Yazılıb
  • da (də) 2021 Mar 16
  • Göndərən جهان کمالی