Tarix : 2021 Mar 17
Kod 61038

Baş Prokurorluq: General-leytenant Rövşən Əkbərov həbs olunub

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.

Arannews ;Qurumun mətbuat xidmətindən 'Report"un sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.
Xatırladaq ki, mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

  • Yazılıb
  • da (də) 2021 Mar 17
  • Göndərən جهان کمالی