“İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri həyata keçirili”.
Arannews ;Bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib. O bildirib ki, meşə fondu əraziləri də minalardan təmizləndikdən sonra meşə bərpa işlərinin aparılması nəzərdə tutulub:
“Bunun üçün toxum və əkin materialları ehtiyatı var. Həmçinin işğaldan azad olunmuş ərazilərdə meşə bərpa işlərinin aparılması üçün xüsusi proqram hazırlanır. Bu ilin yaz mövsümündə Zəngilan rayonunda 10 hektar ərazidə meşə əkininin aparılmasa proqnozlaşdırılır. İlkin olaraq martın 9-da yaz əkininə başlanılıb”.