Tarix : 2021 Mar 18
Kod 61042

Əli Əsədov qiymət artımına münasibət bildirib

“Azərbaycan hökuməti qiymət artımı məsələsini daim nəzarətdə saxlayır”.

Arannews-bunu Azərbaycan Respublikası Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ilə ciddi məşğul olacaq: “Antiinhisar komitəsi tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirənlər var. Bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib”.
Baş nazir onu da bildirib ki, millət vəkillərinin söylədiyi fikirlər, seçicilərin müraciətləri hökumət tərəfindən araşdırılacaq.

  • Yazılıb
  • da (də) 2021 Mar 18
  • Göndərən جهان کمالی