Tehran koronavirusla mübarizə sahəsindəki təcrübələrini Bakıya ötürməyə hazırdır.
Arannews ; Iran prezident administrasiyasının başçısı İranın bütün sahələrdə, xüsusən iqtisadi və ticari sahələrdəki, eləcə də koronavirusla mübarizə təcrübələrinin Azərbaycan Respublikasına ötürülməsilə münasibətlərin inkişaf etdirilməsinə təkid edib.
Məhmud Vaezi bu gün Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayevlə telefon söhbətində 1400-cü günəş ilinin və Novruz bayramının gəlib çatmasını təbrik edərək, novruzu iki ölkənin mədəni ortaqlıqlarından biri adlandırıb və belə deyib: İki ölkə əlaqələrin genişləndirilməsi üçün bir çox sahələrə malikdir. Bu istiqamətdə siyasi, iqtisadi, mədəni, elmi və universitet, həmçinin turizm sahələri üzrə əməkdaşlıqlara işarə etmək olar.
İran prezident administrasiyasının başçısı sonra iki ölkənin nəqliyyat və ticarət malları tranziti sahəsindəki həmkarlıqlarının gücləndirilməsi zərurətinə toxunub və belə söyləyib: Tehran və Bakı ötən bir il boyunca koronavirus pandemiyasına rəğmən, ticarət mallarının daşınması və sərhəd mübadilələri sahəsində yaxşı həmkarlığa malik olublar. Ümid edirik ki, bu əməkdaşlıqlar yeni günəş ilində artacaq.
Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev də bu telefon söhbətində yeni günəş ili və novruz bayramını təbrik edərək, İranı bu ölkə ilə dost və qonşu ölkə adlandırıb. Bildirib ki, Bakının iradəsi bütün sahələrdə Tehranla əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinə söykənir.
Azərbaycan Respublikasının baş nazir müavini sonra vurğulayıb ki, iki ölkənin nəqliyyat və ticarət malları tranziti sahələrindəki həmkarlıqlarının gücləndirilməsi üçün Azərbaycan Respublikası hökuməti tərəfindən yeni imkanlar nəzərdə tutulub.
O, ümidvarlıq edibdir ki, gələn ildə şəraitin yaxşılaşması ilə bu sahədə əməkdaşlıqların güclənməsinin şahidi olacağıq.