Bir gənc deyib: Bizim öz ölkəmizdə gənclərimizin əli ilə həll olunan minlərlə problemlərimiz var , nə dən əsgərlərimizi İraq və Əfqanıstan kimi təhlükəli yerlərə göndərirlər
Azerbaijan Servisi/Aran Agentliyi
Amerikan əsgərlərin canının qorunmasının İraqdakı azəri əsgərlərin əsas missiyası olmasının ifşa olunması Az. R. xalqının narazılığına səbəb olub. Qeyd edilən xəbərlərin yayılması Az. R. xalqının kəskin qəzəb, narazılığına səbəb olub. Bakıdakı əməkdaşlarımız Bakı əhalisindən olan bir neçə nəfər ilə müsahibəsində əsgərlərin İraq və Əfqanıstanda olmasını tənqid ediblər.
Qeyd edilən müsahibələrdə orta yaşlı bir kişi deyib: Məgər azəri əsgərlərin canı Amerika əsgərlərinin canından ucuzdur ki, onların bəlasına sipər olublar.
Bir yaşlı kişi də deyib: İraq işğalçıları qeyd edilən ölkənin təhlükəsizliyinin təmini yerinə təhlükəsizliklərinin təmini üçün bizim əsgərləri İraqa aparıblar. Orta yaşlı bir xanım da azəri əsgərlərin İraqa göndərilməsini tənqid edərək əlavə edib: Əslində bunu soruşmaq lazımdır ki, bizim əsgərlərin İraqda nə işləri var ki, bu cür də təhqir olsunlar . Bir gənc də deyib: Bizim öz ölkəmizdə gənclərimizin əli ilə həll olunan minlərlə problemlərimiz var , nə dən əsgərlərimizi İraq və Əfqanıstan kimi təhlükəli yerlərə göndərirlər?