"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Arannews-Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.
"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir" - açıqlamada qeyd olunub.
Bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər.
Belə ki, martın 23-də gün ərzində 17 hektar ərazi, 4 km yol təmizlənib. Ümumilikdə, 23 Noyabr 2020-ci ildən bəri, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1.756 hektar ərazi, 545 km yol, 1616 yaşayış binası, partlamamış hərbi sursatlardan təmizlənib, 25351 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
"Rusiya sülhməramlı kontingentinin bütün hərəkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbirlərə uyğun olaraq həyata keçirilir.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Rusiya MN-dən bildirilib.