Tarix : 2021 Mar 26
Kod 61064

Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı məlumat yaydı

Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib2.

Bu barədə َArannews : Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"-deyə, məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Ə.İsmayılov 2001-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub.

  • Yazılıb
  • da (də) 2021 Mar 26
  • Göndərən جهان کمالی