Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN başçısı Sergey Lavrov görüşəcək.
Arannews-Modern.az xəbər verir ki, görüş aprelin 2-də MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında baş tutacaq.
Bundan başqa, Lavrov erməni həmkarı Ara Ayvazyanla da danışıqlar aparacaq. Əsas müzakirə mövzusunun üçtərəfli razılaşmanın şərtlərinin icrası olacaq.