Tarix : 2021 Mar 28
Kod 61069

Rusiya və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşü planlaşdırılır

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.

Arannews :bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi  xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.

M. Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını söyləyib.

  • Yazılıb
  • da (də) 2021 Mar 28
  • Göndərən جهان کمالی