Ergenekon terror təşkilatının qurucularından hesab olunan və yaxalanan Sevgi Erenerolda “Dərin Ergenekon” adlı sənəd tapılıb
Turkyə Servisi/Aran Agentliyi
Türkiyədə böyük səs-küyə səbəb olmuş Ergenekon iddianaməsi açıqlanıb. İddianamənin tərkibində 1923-cü ildə qurulmuş Kuvayi-Milliyə təşkilatından tutmuş Mustafa Kamal Atatürkə qədər bir neçə şok iddia var.
İddianamənin 8-ci maddəsinə görə, Ergenekon terror təşkilatının qurucularından hesab olunan və yaxalanan Sevgi Erenerolda “Dərin Ergenekon” adlı sənəd tapılıb. Sənəddə Atatürkün də öz təşkilatlarının təriqətvari və dini təsirində olduğu bildirilir.
“Dərin Ergenekon” adlı sənəddən iddianamədə öz əksini tapmış şok ifadələr belədir: "Alplər və Alpərənlər adlandırılan təşkilat daxilindəki şəxslər gizli şəkildə Türk ordusuna nüfuz edərək, açıqlanması qadağan olunmuş bəzi məsələlərin açıqlanmalı olduğunu, Özəl Qüvvətlər Komandanlığının Ergenekonun göz bəbəyi olduğu, hətta daha da irəli gedərək Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün də öz təşkilatlarının təriqətvari və dini təsirində olduğunu, amma hələ bunun tam açıqlanmasının vaxtı gəlmədiyi qeyd olunmuşdur".