Tarix : 2021 Mar 28
Kod 61071

Cəbrayıl və Füzulidə daha 5 erməni cəsədi TAPILDI

işğaldan azad edilmiş ərazilərimizdə daha 5 erməni hərbçinin cəsədi tapılıb.

Arannews -Modern.az xəbər verir ki, Ermənistana məxsus axtarış qrupları Füzuli və Cəbrayıl istiqamətində axtarışlar zamanı hərbçi cəsədləri aşkar ediblər.
Bundan əvvəl, Talış-Suqovuşan istiqamətində axtarışlar nəticəsiz qalmışdı.
 Bu günə kimi Qarabağda axtarışlar zamanı 1523 erməni hərbçinin cəsədi tapılıb.

  • Yazılıb
  • da (də) 2021 Mar 28
  • Göndərən جهان کمالی