“Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir”.
Arannews :bu barədə AR Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində bildirilir.
Şərhdə qeyd olunur ki, bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır: “Ümid edirik ki, bu missiya tezliklə baş tutacaq. Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır”.